Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

- “Təsisçi-fiziki şəxslər barədə məlumat

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti

 - “Təsisçi-hüquqi şəxslər barədə məlumat

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

- qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

- təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

 -“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya qurumu üçün)

- “Müşahidə şurasının üzvləri barədə məlumat(kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyəti təsdiq edən sənədlərin surətləri əlavə edilməklə))

- Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

- qanuni təmsilçinin şəxsiyyəti təsdiq edən sənədin surəti

- hüquqi ünvanını təsdiq edən sənəd

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

 - ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

- etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.