Suallar Vergi Ödәyicilәrinә Xidmәt İdarәsi tәrәfindәn cavablandırılmışdır (01.02.2008-ci il)
  
Nazim Sadıqov, nazim1956@mail.ru
Müəssisəmiz sadələşdirilmiş verginin ödəyicisidr. Hesabat rübü ərzində və o cümlədən ilin sonuncu ayınadək müəssisəyə sifarişçi təşkilat tərəfindən obyektiv səbəblər üzündən yerinə yetirdiyi xidmətlərə görə heç bir vəsait ödənilməmişdir. Ancaq göstərilən xidmətlərin dəyəri son 3 ayı götürsək 22500 manatı keçmişdir. Sifarişçi təşkilat isə ilin əvvəlindən yaranmış borcu ilin sonuncu ayında birdəfəlik ödəmişdir. Belə olan halda müəssisə ƏDV ödəyicisi olması üçün vergilər idarəsinə nə vaxt müraciət etməli idi və dövlət büdcəsinə yaranmış borc necə hesablanmalıydı?
Göstərəcəyiniz köməyə görə əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur (Vergi Məcəlləsi, maddə 155.1). Odur ki, sorğunuza əsasən son 3 ay ərzində vergi tutulan əməliyyatların, yəni malların (işlərin, xidmətlərin) təqdim olunması üzrə əməliyyatların həcmi 22500 manatı keçdikdə, ödənişin aparılmamasina baxmayaraq tərəfinizdən vergi orqanına müvafiq qaydada müraciət edilməli idi. Onu da qeyd etmək istərdik ki, sadələşdirilmiş vergi ödəyicisi kimi həyata keçirilən əməliyyatlar üzrə hasilat əldə edildikdən sonra həmin əməliyyatlar barədə məlumatı özündə əks etdirən sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim olunmalı, hesablanmış sadələşdirilmiş vergi məbləği isə büdcəyə ödənilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti
Azad Süleymanov, azad@bk.ru
Bizim müəssisə kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olur. Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 noyabr 2001-ci il tarixində imzalanmış fərmana əsasən kənd təsərrüfatı müəssisələri ƏDV-dən azaddır. Bizim müəssisəyə ƏDV ilə birgə təqdim edilmiş mal və xidmətlərə görə odənişi, yəni tam məbləği (ƏDV ilə birgə) həmin təşkilatın hesabına köçürə bilərik?
Bildiririk ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” 27 noyabr 2001-ci il tarixli və 28 noyabr 2003-cü il tarixli Qanunlara əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2001-ci il yanvarın 1-dən 2009-cu il yanvarın 1-dək torpaq vergisi istisna olmaqla Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müəyyən edilmiş bütün vergilərin (mənfəət, gəlir, ƏDV, sadələşdirilmiş, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisi) ödənilməsindən azad edilmişlər.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına təqdim edilən malların (görülən işlərin, göstərilən xidmətlərin) ƏDV-dən azad edilməsi isə yuxarıda qeyd olunan Qanunlarda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti
İradə Anoxina, ianokhina@sm-mmc.com
MMC sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdadır. Oktyabr 2007-ci ildən öz fəaliyyətini bərpa edib və fəaliyyətin novünü dəyişdirib. Hal-hazırda 71100 və 74500 fəaliyyət kodu ilə qeydiyyatdadır. Şirkətin balansında əsas vəsaıt yoxdur. Noyabr ayında bizim şirkətin əməliyyatlarının həcmi 22500 manat həddini keçib və VM-nə əsasən dekabr 2007-ci ildə 1 sayli filiala "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat alınması haqqinda ərizə" yazıb təqdim etmişdir. Bizə 24 dekabr 2007-ci il tarixli ƏDV-nin məqsədləri üçün qeydiyyatdan imtina edilməsı barədə məktub verilib. Dekabr ayında şirkətin rüb üzrə əməliyyatlarin həcmi yenə 22500 manat həddini keçib. Sizdən xahiş edirik ki, yuxarıda qeyd etdiyimi nəzərdə tutaraq bizə aydın edəsiniz bu günə hansı vergilərə biz malik oluruq və yanvar ayında "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat alınması haqqinda ərizə"ni təkrar verməli oluruq?
Məlum olduğu kimi, sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur (Vergi Məcəlləsi, maddə 155.1). ƏDV məqsədləri üçün qeydiyyata alınmaq üçün vergi orqanına müraciət etmiş, lakin ƏDV məqsədləri üçün qeydiyyata alınmasından vergi orqanı tərəfindən imtina edilmiş, eyni zamanda vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olduğuna görə sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmayan vergi ödəyiciləri tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş (sadələşdirilmiş vergi istisna olmaqla) digər vergilər (mənfəət, əmlak və torpaq vergilərini) hesablanıb ödənilməlidir.
Eyni zamanda bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etmiş, lakin ƏDV qeydiyyatına alınmamış vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi istənilən 3 ardıcıl ay ərzində Vergi Məcəlləsinin 155.1-ci maddəsində qeyd olunan həddi keçdikdə, vergi ödəyicisinin vergi orqanına ərizə ilə müraciət etmək öhdəliyi yaranır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, tələb olunan ərizə ilə vergi orqanına müraciət etməyən şəxslərə qarşı Vergi Məcəlləsinin 58.4-cü maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq edilir.
Forumda müzakirə et | Terminlər lüğəti
Elnur Pirverdiyev, elnur1178@box.az, Bakı
ƏDV borcu yarandıqdan sonra həmin ƏDV borcuna hansı dərəcə ilə faiz hesablanır?
Bildiririk ki, vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur (Vergi Məcəlləsi, maddə 59.1).
Forumda müzakirə et | Terminlər lüğəti
Zamiq Bayramov, zacholiday@bk.ru
Salam. Əgər şirkət sadələşdirilmiş sistem (4 %) üzrə işləyirdi, sonra cəmi bir işin dövrü 20 min AZN keçdikdən sonra, yəni 2008-ci ildən şirkəti ƏDV reyestrinə daxil edirlər, amma şirkətin fəaliyyəti yoxdursa, heç bir iş keçirilmirsə onda necə şirkəti yenidən sadələşdirilmiş sistemə köçürmək olar?
Bildiririk ki, Vergi ödəyicisi ƏDV qeydiyyatına alındıqda, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 45000 manatadan çox olmadıqda, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir (Vergi Məcəlləsi, maddə 158.2). Odur ki, vergi orqanına ərizə ilə müraciət edən, ƏDV qeydiyyatına alınan və aksizli malların istehsalçısı və ya iri vergi ödəyicisi olmayan şəxs ƏDV qeydiyyatının ləğv olunmasına dair ərizəni yalnız qeydiyyata alındıqdan 1 il sonra vergi orqanına təqdim edə bilər- əlbəttə ki, vergi tutulan əməliyyatlarının həcmi 12 təqvim ayı ərzində 45000 manatdan çox olmadıqda.
Forumda müzakirə et | Terminlər lüğəti
Nemət Balakişiyev, nemat-22@rambler.ru, Bakı
Salam. Bilmək istəyirəm ki, dövlət orqanlarında çalışan məcburi köçkün olan işçilər üçün hansı güzəştlər var (və hansı məbləğdə) və bu nə ilə tənzimlənir? Sağ olun.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin aylıq gəliri 200 manat olduqda həmin gəlirin minimum əmək haqqının 1 mislinədək olan hissəsi (hal-hazırda 60 manatdır) gəlir vergisinə cəlb edilmir.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə uyğun olaraq məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin muzdlu işlə əlaqədar vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bü güzəştdən istifadə etmək hüququ olan şəxsin aylıq gəliri 200 manatadək olduqda əmək haqqından vergi tutulmayan məbləğ (60 manat) və güzəştin məbləği (55 manat) çıxılır, çox olduqda isə yalnız güzəştin məbləği (55 manat) çıxılır və sonra qalan məbləğdən gəlir vergisi tutulur.
Forumda müzakirə et | Terminlər lüğəti
Fərid Bağırzadə, taptishka@gmail.com
Şirkəti qeydiyyatdan keçirmək üşün tələb olunan vəsaitin miqdarı nə qədərdir?
Bildiririk ki, «Dövlət rüsumu haqqında» Qanununun 20-ci maddəsinə əsasən bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün tələb olunan dövlət rüsumunun məbləği şərti maliyyə vahidinin 200 misli (220 manat), kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün həmin məbləğ şərti maliyyə vahidinin 2 misli (2,2 manat), digər hüquqi şəxslərin qeydiyyatı üçün isə şərti maliyyə vahidinin 10 mislini (11 manat) təşkil edir.
Forumda müzakirə et | Terminlər lüğəti
Ramil Məmmədov, mammadov_ramil@inbox.ru, Bakı
Mən fiziki şəxs olaraq öz kiçik dükanımı açmaq istəyirəm. Əvvəl olaraq mən hara müraciət etməli və hansı normativ sənədləri yığmalıyam?
İlk növbədə bildiririk ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və yaşadığı yer haqqında məlumat əlavə olunur) uçota alınırlar. Vergi orqanı fiziki şəxsi vergi ödəyicisi kimi uçota sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz həyata keçirir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verilir.
Bundan başqa fiziki şəxs sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır. Uçota alınmaq üçün təqdim edilən ərizəyə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin, etibarnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Əhali ilə nağd pul hesablaşmaları NKA tətbiq edilməklə aparıldığından, obyektini uçota qoymuş vergi ödəyicisi NKA-nın qeydiyyata aılnması üçün ərazi üzrə vergi orqanına Vergilər Nazirliyinin təsdiq etdiyi forma üzrə ərizə verməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:
-NKA-nın texniki pasportu;
-STXM-in NKA-nın quraşdırılması barədə aktı;
-ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;
Əlavə olaraq bildiririk ki, qeyd olunan sənədlərlə birlikdə vergi ödəyicisi vergi orqanına «NKA-ya texniki xidmət kitabı»nı və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nı təqdim edir.
Fiziki şəxsin vergi öhdəliklərinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar vergi tutulan əməliyyatlarının həcmindən və istəklərindən asılı olaraq onları qane edən vergitutma sistemini seçərək sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.
Belə ki, seçimini sadələşdirilmiş verginin xeyrinə edən ödəyici rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcminə tətbiq etməklə vergini hesablamalı və büdcəyə ödəməlidir. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisindən və ƏDV-dən azad edilərək yalnız sadələşdirilmiş vergini ödəyir.
Sadələşdirilmiş vergitutma sistemindən imtina edərək, seçimini gəlir vergisinin xeyrinə edən fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi vergi tutulan gəlirdən, yəni əldə olunan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və qanunvericiliyə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəmələidir.
Yuxarıda qeyd olunan vergitutma sistemlərinin hansının tətbiq edilməsindən asılı olmayaraq, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 3 ay ərzində 22.500 manatdan çox olduqda həmin şəxs bu müddət başa çatdıqdan sonrakı 10 gün ərzində ƏDV ödəyicisi kimi uçota durmaq barədə vergi orqanına ərizə ilə müraciət etməli, ƏDV ödəyicisi kimi qeydiyyata alındıqda isə ay ərzində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və əvəzləşdirilməli ƏDV-ni nəzərə almaq şərtilə büdcəyə ödəməlidir. Eyni zamanda ƏDV-nin ödəyicisi olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi olurlar.
Onu da qeyd etmək istərdik ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq vergi orqanına ƏDV qeydiyyatına alınmaya dair könüllü ərizə ilə müraciət edə bilər.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
Quliyeva Qumru Nemət, qumru@mail.ru, Bakı
Bəyannamələrin elektron tərtibatı proqramında "Yol vergisi" bəyannaməsində olan 100-cü və 110-cu sətrlərdəki problemi aradan qaldırmaq üçün düzəlişi tətbiq etdikdən sonra bəyannamə normal şəkildə qəbul olunur. Lakin indi tərtib olunmuş bəyannamə çap olunmur. Siz deyərsiniz ki, yəqin kompyuterdə problem var. Xeyr, başqa tərtib olunmuş bəyannamələr çapa gedir, düzəliş proqramını yüklədikdən sonra yalnız "Yol vergisi" bəyannaməsi çap olunmur. Bunun üçün nə etmək lazımdır?
Elektron bəyannamənin tərtibatı ilə bağlı meydana çıxan problemlərin həlli məqsədilə 4038996 telefon nömrəsinə müraciət etməyinizi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti
Elçin, elcin@btt.mail.ru
Məlumdur ki, Azərbaycana gətirilən buğdadan 18% ƏDV götürülmüşdür. Bəs mən buğdanı satıramsa 18% ƏDV ilə satmalıyam?
Bildiririk ki, Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 119 saylı Qərarı ilə Azərbaycan Respublikasına idxal olunan buğda və meslin bir il müddətinə ƏDV-dən azad edilmişdir. Bununla əlaqədar olaraq, respublikaya idxal olunan və respublikada istehsal olunan buğda və meslinin respublika ərazisində təqdim edilməsi üzrə dövriyyələrə, həmçinin buğda və meslindən hazırlanan un və çörəyə ƏDV-nin tətbiq edilməsi qanunvericilikdə müvafiq dəyişiklik edilənədək 27 iyul 2007-ci il tarixindən bir il müddətinə dayandırılmışdır. Göründüyü kimi, qeyd olunan azadolmalar buğda və meslinə, habelə onlardan hazırlanan un və çörəyə aiddir.
Forumda müzakirə et | Terminlər lüğəti
Şəhla, shahlaarizli@yahoo.com, Sumqayıt
Əsas fəaliyyət növünün kodu 51900. Açıqlaması, yəni fəaliyyət nədən ibarətdir?
Bildiririk ki, Dövlət Statistika Komitəsinin təsdiq etdiyi fəaliyyət kodlarının təsnifatına əsasən 51900 kodu sair topdansatış fəaliyyətinin kodudur.
Forumda müzakirə et | Terminlər lüğəti
Vüqar İbrahimov, sangacal_es@yahoo.com
Himayəsində 2 uşaq və işləməyən həyat yoldaşı olan şəxsə Vergi Məcəlləsinin 102.5-ci maddəsi şamil oluna bilərmi?
Məlum olduğu kimi, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 manat qədər azaldılır (Vergi Məcəlləsi, maddə 102.5).
Vergi Məcəlləsinin 102.6-cı maddəsinə əsasən isə aşağıdakılar himayədə olanlara aid edilmirlər:
-təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
-dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
Odur ki, təqaüd, pensiya, işsizlik müavinəti almayan, işləməyən valideynlərdən biri qeyd olunan güzəştdən istifadə etmək hüququ olan digər valideynin himayəsində olan şəxslərə aid edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərə Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun olaraq tətbiq olunan vergi güzəştləri hüququ Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş aşağıda qeyd olunan sənədlər təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə həyata keçirilir.
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.
Forumda müzakirə et | Terminlər lüğəti
Qətibə Nurullayeva, 08filial@rabitabank.com
Mən işlədiyim müəssisədə 300 manat əmək haqqı alıram. Ailə başçısını itirdiyimə görə pensiya alıram. 2 övladım var, onlardan biri əlildir. Mənim əmək haqqımdan tutulan gəlir vergisi üzrə güzəşt olunmalıdırmı? Cavabınıza görə təşəkkür edirəm.
Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 manat miqdarında azaıdılır (Vergi Məcəlləsi, maddə 102.5).
Göründüyü kimi, Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunan güzəştin Sizə şamil olunması himayənizdə olan ailə üzvlərinin sayının azlığı səbəbindən qeyri-mümkündür.
Bununla belə qeyd etmək istərdik ki, daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinə (özlərinin istəyi ilə), arvada (ərə), himayəçiyə və ya qəyyuma Vergi Məcəlləsinin 102.4.4-cü maddəsində güzəştin verilməsi nəzərdə tutulur. Bu güzəştin Sizə samil olunduğu Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 sayla Qərarında nəzərdə tutulan qaydada təsdiq olunduqda, aylıq gəliriniz 55 manat məbləğində azaldılır.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
Hikmət Hüseynov, hikmetazeri@rambler.ru, Bakı
Salam. 2-ci qrup əlil sahib olduğu internet klubun və bilyard klubun gəlirinə görə vergi ödəməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.3-cü maddəsinə əsasən I və II qrup əlillərə 100 manat məbləğində vergi güzəşti tətbiq olunur. Lakin güzəşt yalnız muzdlu işlə əlaqədar əldə olunan gəlirə aid edilir. Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirə gəlir vergisindən güzəştin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti
Ramil Cəfərov, ramilc77@mail.ru
Salam. Qeydiyyat rayonu Ərazi Vergilər İdarəsi olan fiziki şəxs Bakı şəhərində obyekt alıb işləyərsə, o zaman:
1. vergisini hara ödəməli?
2. Hesabatını hara təqdim etməlidir?
Məlum olduğu kimi, vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınır bu barədə vergi ödəyicisinə müvafiq arayış (kod) verilir.
Lakin vergi ödəyicisi Vergi Məcəlləsinin 86-cı maddəsinin müddəalarına uyğun olaraq verginin vergi ödəyicisinin uçotda olduğu yer üzrə ödəməlidir (Vergi Məcəlləsi, maddə 86.0.2).
Müvafiq olaraq, vergi hesabatları məhz vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti
Azad, Bakı
Müəssisəmiz bir binada fəaliyyət göstərir. Həmin binanın sahibi vergi ödəyicisi olan (VÖEN - i olan) bir fiziki şəxsdir. Biz istifadə etdiyimiz bu binaya görə hər ay həmin şəxsə icarə haqqı ödəyirik. Sizə 2 sualım var:
1) istifadə etdiyimiz binaya görə icarə haqqını verərkən 14% ödəmə mənbəyində tutulan vergini biz tutub büdcəyə ödəməliyik yoxsa icarə haqqını tam olaraq həmin şəxsə ödəməliyik, həmin şəxs 14% vergini büdcəyə ödəməlidir?
2) Həmin dövr üçün (rübdə bir dəfə) ödəmə mənbəyində tutulan vergi bəyannaməsini biz tərtib edib verməliyik yoxsa həmin fiziki şəxs?
Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
1) Bildiririk ki, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq icarəyə götürən şəxs vergi orqanında uçota alındıqda onun tərəfindən icarəyə verən şəxsə icarə haqqı kimi ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Odur ki, müəssisə tərəfindən ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmalı və büdcəyə ödənilməlidir.
2) Bildiririk ki, müəssisəniz Vergi Məcəlləsinin 150.3.3-cü maddəsinə uyğun olaraq rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada bəyannaməni vergi orqanına verməyə borcludur.
Göründüyü kimi, əmlakın icarəyə verilməsi zamanı tutulan vergini bəyan etmək vergi agentinin (ödəmə mənbəyində onu tutan şəxsin), yəni müəssisəninzin üzərinə düşür.
Forumda müzakirə et | Terminlər lüğəti
Aydın, aydin.kerimov@pepsi.az
Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən müəssisələr torpaq vergisini illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanlarına verirlər. Burada məlum deyil. Hesabat ilindən sonrakı ilin may ayının 15-i, yoxsa cari ilin? Əvvəlcədən təşəkkür edirəm.
Sorğunuzla əlaqədar bildiririk ki, torpaq vergisinin hesablanması, bəyan edilməsi və ödənilməsi cari ildə həyata keçirilir.
Forumda müzakirə et | Terminlər lüğəti
Babayev D., amb-51@mail.ru
2008-ci ilin yanvar ayının 1-dən əmək haqqından gəlir vergisi necə tutulur?
1 yanvar 2008-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 101.1-ci, 150.1-ci maddələrinə uyğun olaraq Fiziki şəxslərin əmək haqqlarından işəgötürən tərəfindən aşağıda göstərilən dərəcələrlə gəlir vergisi tutulur və dövlət büdcəsinə ödənilir:


Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2000 manatadək 14%
2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 35 faizi

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən əmək haqqından vergi hesablanarkən fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda onların minimum əmək haqqının 1 misli məbləğində olan gəliri (hal-hazırda 60 manat) gəlir vergisinə cəlb olunmur.
Forumda müzakirə et | Terminlər lüğəti
Rauf Qarayev, raufgarayev@rambler.ru
Salam! Sizdən xahiş edirəm ki, mənə əmək haqqından gəlir vergisi tutquları və güzəştlər barəsində ətraflı məlumat verəsiniz. Qabaqcadan təşəkkür edirəm.
1 yanvar 2008-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 101.1-ci, 150.1-ci maddələrinə uyğun olaraq Fiziki şəxslərin əmək haqqlarından işəgötürən tərəfindən aşağıda göstərilən dərəcələrlə gəlir vergisi tutulur və dövlət büdcəsinə ödənilir:
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2000 manatadək 14%
2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 35 faizi

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən əmək haqqından vergi hesablanarkən fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda onların minimum əmək haqqının 1 misli məbləğində olan gəliri (hal-hazırda 60 manat) gəlir vergisinə cəlb olunmur.
Bundan başqa, fiziki şəxslərin gəlir vergisi üzrə bir sıra güzəştlər mövcuddur və bu güzəştlər öz əksini Vergi Məcəlləsinin 102-ci maddəsində tapmışdır. Həmin güzəştlər barədə məlumatı Vergilər Nahirliyinin internet səhifəsində yerləşdirilən Vergi Məcəlləsinin elektron variantından əldə edə bilrsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
Vüqar Əhmədov, vugar2005@mail.ru Sumgayıt
2008-ci ilin yanvar ayından, necə manatdan gəlir verqisi tutulmur?
1 yanvar 2008-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 101.1-ci, 150.1-ci maddələrinə uyğun olaraq Fiziki şəxslərin əmək haqqlarından işəgötürən tərəfindən aşağıda göstərilən dərəcələrlə gəlir vergisi tutulur və dövlət büdcəsinə ödənilir:

Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2000 manatadək 14%
2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 35 faizi

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən əmək haqqından vergi hesablanarkən fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda onların minimum əmək haqqının 1 misli məbləğində olan gəliri (hal-hazırda 60 manat) gəlir vergisinə cəlb olunmur.
Forumda müzakirə et | Terminlər lüğəti
Sənan Cəlilov, sanan.celilli@akkord.az
Salam. Tutaq ki, fiziki şəxsin əmək haqqı 250 manatdır. Onun qaçqın olduğuna görə 55 manat güzəşti də var. Şəxsin əmək haqqından gəlir vergisi necə hesablanır?Bu variant düzgündürmü:
1) 250 - 55 = 195 vergi tutulan gəlir.
2) (195 - 60)*14% = 135*14% = 18.9 manat
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin aylıq gəliri 200 manatadək olduqda, həmin gəlirin minimum əmək haqqının 1 misli miqdarında (hal-hazırda 60 manat) olan hissəsi gəlir vergisinə cəlb edilmir.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin aylıq gəliri şərti maliyyə vahidinin 55 manat məbləğində azaldılır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bu güzəştdən istifadə etmək hüququ olan şəxsin aylıq gəliri 200 manatadək olduqda əmək haqqından vergi tutulmayan məbləğ (60 manat) və güzəştin məbləği (55 manat) çıxılır, çox olduqda isə yalnız güzəştin məbləği (55 manat) çıxılır və sonra qalan məbləğdən gəlir vergisi tutulur.
Göründüyü kimi, sorğunuzda sözügedən şəxsin gəlir vergisi bir qədər fərqli qaydada hesablanır və 27,3 [(250-55) x 14%] manat təşkil edir.
Forumda müzakirə et | Terminlər lüğəti
Niyazi Həsənov, niyazi-hasanov@mail.ru
1) Hüquqi şəxs istiqraz üzrə gələn faizdən hansı dərəcə ilə vergiyə cəlb olunur? Təşəkkürlər.
2) Elektron bəyannamə proqramını saytınızdan yükləyirik, amma bizim kompüter sistemi Windows Vista əməliyyat sistemi olduğundan proqram Windows Vista əməliyyat sisteminə uyğun gəlmir. Bunula əlaqədar bizə göstəris verməyinizi xahiş edirik.
1) Bildiririk ki, vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərc arasındakı fərq rezident müəssisə üçün mənfəət, yəni vergitutma obyekti hesab olunur (Vergi Məcəlləsi, maddə 104.1) və bu mənfəət 22 faiz dərəcə ilə vergiyə cəlb olunur (Vergi Məcəlləsi, maddə 105.1).
Bununla belə, rezident banklarına, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır (Vergi Məcəlləsi, maddə 123).
Odur ki, hüquqi şəxsin istiqraz üzrə əldə edilən faiz gəlirindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulduqdan sonra faiz gəlirinin ümumi məbləği həmin şəxsin digər gəlirləri ilə cəmlənərək ödəmə mənbəyində tutulan verginin məbləği nəzərə alınmaq şərtilə 22 faizlə vergiyə cəlb olunmalıdır.
2) Elektron bəyannamənin tərtibatı ilə bağlı meydana çıxan problemlərin həlli məqsədilə 4038996 telefon nömrəsinə müraciət etməyinizi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti
Rəşad Qasımov, rashad_qasimov@yahoo.com, Bakı
Mənə “Bir pəncərə” sistemi haqqında tam və ətraflı məlumat lazımdır. Xahiş edirəm lazımı sənədlərin siyahısını da göstərəsiniz.
Məlum olduğu kimi, 01 yanvar 2008-ci il tarixədək sahibkarlıqla məşğul olmaq istəyən hüquqi şəxs qanunverciliklə nəzərdə tutulmuş qaydada dövlət qurumlarında, məsələn Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində, Dövlət Statistika Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçməli idilər. Bu da vaxt itkisi ilə nəticələnirdi.
Bunları nəzərə alaraq, «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanı və «Sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul olunmuş, və 01 yanvar 2008-ci il tarixindən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı «bir pəncərə» (vahid qeydiyyat orqanı) prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin siyahısını isə Vergilər Nazirliyinin internet səhifəsinin «Bir pəncərə» adlı xüsusi bölməsində əldə edə bilərsiniz (http://www.taxes.gov.az/1 - “Qeydiyyat” bölməsi).
Forumda müzakirə et | Terminlər lüğəti
Leyla, leylan05@rambler.ru
AR VM 220.8: Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
AR VM 159.9: Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
Sual: AR VM 220.8. və AR VM 159.9. maddələrində göstərilən əmsallar təsdiq olunub? Və təsdiq olunubsa bu barədə ətraflı, hər iki maddə üçün məlumat verməyinizi xahiş edirik.
Sorğunuzla əlaqədar bildiririk ki, hal-hazırda Vergi Məcəlləsinin 220.8-ci maddəsində qeyd olunan əmsallar Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli, 140 nömrəli Qərarı ilə təsdiq olunmuşdular. Həmin Qərarın elektron variantı ilə Vergilər Nazirliyinin internet səhifəsində tanış ola bilərsiniz.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi oqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
İlham Salmanov, ilham_s86@mail.ru
Obyektə 2007-ci ildə cərimə yazılıb. Təzə ildən həmin cərimə ləğv olunur yoxsa cərimə yazılan gündən bir il sonra ləğv olunur? İkinci dəfə gəlib cərimə yazsalar 800 manat yazacaqlar?
Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində;
58.7.2. il ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat məbləğində;
58.7.3. il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (Vergi Məcəlləsi, maddə 58.7).
Eyni zamanda, Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (Vergi Məcəlləsi, maddə 68.1).
Odur ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində “il ərzində” dedikdə, birinci dəfə cərimə tətbiq edilən gündən sonrakı müddət başa düşülür.
Forumda müzakirə et | Terminlər lüğəti
Gülsün Həsənova, gulsun.hasanova@internationalsos.com, Bakı
Salam. Bizim müəssisə 18% ƏDV ödəyicsi kimi fəaliyyət göstərir. Müştərilərimiz arasında Amerika Birləşmiş Ştatlarının podratçısı olan müəssisəyə xidmət göstərilib. Amerika Birləşmiş Ştatlarının podratçısı olan müəssisə tərəfindən məktub təqdim olunmuşdur ki, onlara göstərilən xidmət ƏDV-dən azad olunsun. Məktub Azərbaycan Respublikası vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri tərəfindən verilib, mövzusu belədir: “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında 28 sentyabr 1999-cu il tarixli Saizişin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Amerika Birləşmiş Ştatları Hökuməti, onun personalı, podratçıları və podratçılar personalı, həmin saiziş üzrə fəaliyyat ilə bağlı Azərbaycan ərazisində tutulan hər hansı vergilərin, dövlət rüsumlarının və yaxud bu tipli digər yığımların ödənilməsindən azad edilir”. Sualım belədir: həmin bu məktub göstərdiyimiz xidmətin ƏDV-dən azad olunması üçün əsas verirmi? Çox sağ olun.
İlk növbədə onu bildiririk ki, Vergi Məcəlləsinin 2.5-cı maddəsinə uyğun olaeaq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Bilavasitə sorğunuzla əlaqədar bildiririk ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları vermək vergi ödəyicisinin vəzifələrinə, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə vergi ödəyicilərindən məlumat almaq vergi orqanlarının hüquqlarına aid edilmişdir.
Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal hesab olunur.
Forumda müzakirə et | Terminlər lüğəti
Bəhram Sultanov, epidbiomed@bk.ru, Bakı
01.01.2008-ci il tarixdən Azərbaycana idxal olunan malların ƏDV-dən azad olunma siyahısı təsdiqlənmişdir. Bu o deməkdir ki, biz qaimə-faktura yazanda dərman preparatlarını 18% ƏDV ilə göstərməliyik yoxsa bu Qərar ancaq gömrük hesablaşmalarına aiddir? Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Bildiririk ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa Azərbaycan Respublikasının ərazisində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV tutulan əməliyyatlar hesab edilir.
ƏDV-nin ödənilməsindən azad edilməklə idxal edilmiş dərman preparatlarının respublika daxilində təqdim olunmasının ƏDV-dən azad olunmadığını nəzərə alaraq Azərbaycan Respublikasının ərazisində həmin preparatlarının təqdim olunmasına ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti
Xalid Kərimli, xalid_az@mail.ru, Bakı
Salam. Vergi hesab-fakturasına əsasən cari hesabdan müştərinin ƏDV depozit hesabına nağdsız qaydada ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək mümkündürmü? Yoxsa yalnız Depozit hesabları arasında aparılan ödəmələri əvəzləşdirmək olar? Xahiş edirəm cavabı operativ verin.
Bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (Vergi Məcəlləsi, maddə 175.1).
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
“Qaydalar”ın 2.1 bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:
- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;
- digər vergi ödəyicilərinin bank hesablarından.
Göründüyü kimi, ƏDV-nin depozit sub-uçot hesabında vəsait olmadıqda alıcı tərəfindən satıcının ƏDV-nin depozit sub-uçot hesabına ƏDV məbləği alıcının hesablaşma hesabından köçürülə bilər və bu zaman ƏDV-nin əvəzləşdirilməsinə məhdudiyyət qoyulmur.
Qeyd olunan Qaydaların tam mətnini, ”ƏDV depozit hesabı” proqram təminatından istifadə qaydalarıƏDV depozit hesabının rekvizitləri barədə məlumatları Vergilər Nazirliyinin internet saytından əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
İlqar, yaqo@list.ru
Təşkilatımız büdcə təşkilatıdır. ƏDV ödəyicisi olan hüquqi şəxslərin təqdim etdikləri mallara (iş və xidmətlərə) görə ödəniş apararkən ƏDV məbləği ayrıca həmin şəxsin sub-hesabına ödənilməlidir yaxud ümumi məbləğ ayrılmadan ödənilməlidir?
Bildiririk ki, Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti
Vidadi Şirinov, sabiroglu@rambler.ru
İdxal zamanı ƏDV məbləğini depozit hesabınndakı vəsaitdən ödəmək mümkündürmü? Əgər mümkündürsə, xahiş edirəm bu suala aydınlıq gətirəsiniz. Diqqətinizə görə əvvəlcədən təşəkkür edirəm.
Bildiririk ki, Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:
- dövlət büdcəsinə;
- ƏDV sub-uçot hesablarına.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə köçürülür:
- əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi;
- vergi ödəyicisinin rəsmi müraciəti.
Qeyd olunan Qaydalarda idxal olunan mallara görə ƏDV-nin ƏDV-nin depozit hesabından ödənilməsi nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti
Cavid Əliyev, cavid_530@yahoo.com
Salam. Sizə bu cür şəraitin yaradılması üçün minnətdaram. Çox sağ olun. Mümkündürmü MMC-nin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq? Buna görə hara müraciət etmək lazımdır və fəaliyyətin dayandırıldığı müddətdə, hər hansı bir hesabatın və yaxud verginin ödənilməsi olacaqdırmı? Sizdən xahiş edirəm ki, mənə tez bir zamanda cavab yazasınız. Sağ olun.
Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
rayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.
Təqdim olunan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir (Vergi Məcəlləsi, maddələr 16.2-16.5).
Forumda müzakirə et | Terminlər lüğəti
Bilal Əliyev, t_o_m_a_s_009@box.az, Bakı
Mənzil təsərrüfatı müəssisəsinin yaradılması üçün nə etməli?
Bildiririk ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə yaradılan subyekt ilk növbədə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaladır. Bunun üçün müvafiq qanunvericiliyə əsasən 1 yanvar 2008-ci il tarixdən etibarən qüvvəyə minən «bir pəncərə» prinsipinə uyğun olaraq qeydiyyata alınmalı olan sahibkarlıq fəaliyyəti subyekti Vergilər Nazirliyinin müvafiq struktur vahidinə dövlət qeydiyyat üçün tələb olunan sənədləri təqdim etməlidir.
Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin siyahısını, habelə sənədlər təqdim edilməli olan vergi orqanlarının ünvanlarıni Vergilər Nazirliyinin internet səhifəsinin «Bir pəncərə» adlı xüsusi bölməsində əldə edə bilərsiniz (http://www.taxes.gov.az/1 - “Qeydiyyat” bölməsi).
Forumda müzakirə et | Terminlər lüğəti
Məmməd Məmmədov, istemikaqan@bk.ru, Sumqayıt
a) Mənzilin kirayəsinə görə kirayəyə verən fiziki şəxs nə qədər vergi ödəməlidir?
b) Əgər kirayəçi hüquqi şəxsdirsə vergi necə tutulur?
c) Əgər vergi əvvəlcədən həmin hüquqi şəxs tərəfindən ödənilirsə, bu halda mənzilin amortizasiyasına görə mənzilin dəyərinin 7 % illik gəlirdən çıxmalıdırmı?
a) Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur (ümumi məbləğdən, xərclər çıxılmadan).
b) Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs, o cümlədən də hüquqi şəxs tərəfindən icarəyə verən şəxsə (rezident müəssisələri və ya qeyri-rezidentlərin daimi nümayəndəlikləri istisna olmaqla) ödənildikdə, icarəyə götürən ödəmə mənbəyində vergini tutaraq büdcəyə ödəməlidir.
c) Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxsə məxsus əmakı icarəyə götürən hüquqi şəxs yalnız vergi agenti rolunu oynayır və vergini icarə haqqının ümumi məbləğindən, yəni xərcləri, o cümlədən də amortizasiya ayırmalarını nəzərə almadan tutaraq büdcəyə ödəyir.
Forumda müzakirə et | Terminlər lüğəti
İlham Məmmədov, 3392220@box.az
Vergi Məcəlləsinə görə torpaq vergisi hər il sabit tədiyyə şəklində hesablanır. Vergi Məcəlləsinin 206-cı maddəsində torpaq vergisinin dərəcələri müəyyən olunmuşdur. Bilmək istərdim ki, həmin vergi dərəcələri aylıqdır, yoxsa illik?
Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisi hər il (yəni ildə bir dəfə olaraq) Vergi Məcəlləsinin 206-cı maddəsində qeyd olunan dərəcələrə əsasən sabit tədiyə şəklində hesablanır və müvafiq büdcəyə ödənilir.
Forumda müzakirə et | Terminlər lüğəti
İlham Məmmədov, 3392220@box.az, Dəvəçi
Vergi Məcəlləsinin 197-ci maddəsinin məzmununa görə tikililər və ya onların hissələri, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti sayılır. Lakin 198-ci maddənin mənasına görə fiziki şəxslər həm də avtonəqliyyat vasitələrinə görə əmlak vergisi ödəyirlər. Bu qanunda ziddiyyət yaratmırmı? Sağ olun.
Qeyd etdiyiniz kimi, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri, habelə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak verigisnin vergitutma obyekti sayılır (Vergi Məcəlləsi, maddə 197.1).
Digər əmlak növlərindən fərqli olaraq, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir (Vergi Məcəlləsi, maddə 210).
Həmin avtonəqliyyat vasitələrindən əmlak vergisinin ödənilməsi isə Vergi Məcəlləsində hal-hazırda nəzərdə tutulmur.
Forumda müzakirə et | Terminlər lüğəti
Seymur Veysəlov, vseymur@box.az
Salam. Müəssisə nəqliyyat fəaliyyəti göstərir. Bu fəaliyyət yalnız valideynlərlə bağlanmış müqavilə əsasında, müəyyən haqq müqabilində orta məktəb şagirdlərinin evdən məktəbə və dərs bitdikdən sonra evə aparılmasından ibarətdir. Müəssisənin balansında özünəməxsus avtonəqliyyat vasitəsi yoxdur. Bu fəaliyyəti həyata keçirmək üçün müəssisə ayrı-ayrı fiziki şəxslərlə, avtonəqliyyat vasitəsi sahibləri ilə xidmət müqaviləsi bağlamışdır. Belə ki, bu müqaviləyə görə avtonəqliyyat vasitəsi sahibləri müəyyən haqq müqabilində, müəssisənin müəyyən etdiyi vaxtda və marşrutda bu daşımanı həyata keçirir və bu fəaliyyət üzrə bütun xərcləri özü çəkir. Əgər bu fiziki şəxslər sərnişindaşıma fəaliyyətinə görə A.R. Nəqliyyat Nazirliyindən lisenziya və sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” almışlarsa, o zaman müəssisə hüquqi şəxs olaraq öz vergi öhdəliyini necə yerinə yetirməlidir?
Sorğunuzdan göründyü kimi, müvafiq müqavilələrə əsasən müəssisə avtonəqliyyat vasitələrinin sahibləri olan, vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxslərin nəqliyyat vasitələrindən istifadə edərək üçüncü şəxslərə xidmət göstərir və bunun müqabilində müəyyən gəlir əldə edir.
Bununla əlaqədar bildiririk ki, müəssisənin vergiyə cəlb olunması onun statusundan və tətbiq etdiyi vergi sisteminə əsasən ümumi qaydada həyata keçirilir. Belə ki, müəssisə sadələşdirilmiş vergi ödəyicisi olduğu halda onun vergi öhdəliyi hesabat rübü ərzində əldə etdiyi hasilata (dövriyyəyə) Bakı şəhərində 4%, digər regionlarda 2% tətbiq etməklə, mənfəət vergisinin ödəyicisi olduğu halda hesabat ili ərzində əldə etdiyi vergi tutulan mənfəətindən 22 faiz dərəcə ilə, ƏDV ödəyicisi olduğu halda isə eyni zamanda ay ərzində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə tətbiq etməklə (əvəzləşdirilməli ƏDV-ni nəzərə alınmaq şərtilə) müəyyən edilir.
Xatırladırıq ki, vergi ödəyicisində vergitutma obyektlərinin mövcudluğu və aparılan əməliyyatların xüsusiyyətlərindən asılı olaraq digər vergilər (yol, əmlak, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər, ödəmə mənbəyində tutulan vergilər və s.) də hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Qeyd olunanlarla bağlı əlavə məlumatı uçotda olduğunuz vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və yaxud Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
Natiq Kərimov, natiq-64@rambler.ru
Mənim sualım V.M-nin 101.1 və 150.1.7-ci maddələri ilə bağlıdır.
Fiziki şəxs (bu barədə VM-də anlayış verilmiş və həmin şəxs Rusiya vətəndaşıdır) AR-da xidmət göstərir, yəni müəssisəyə məxsus avadanlıq və cihazları təmir edir. Bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq xidmətin dəyərinə yol xərcləri, avia biletlər, mehmanxana xərcləri daxildir.
Ödəmə mənbəyində vergi VM-nin 101.1 və 150.1.7-ci maddələrinə uyğun olaraq tutulmalı, yoxsa VM-nin 125 və 169-cu maddələrinə əsasən hesablanmalıdır?
Xidmətin dəyəri deyək ki, 1200 manat təşkil edir və bunun 750 manatı yuxarıda qeyd olunan xərclərdir. Vergiyə cəlb edilməli məbləğ 450 manat, yəni 450x14%=63 manat olmalıdırmı və bu halda 169-cu maddəyə əsasən ƏDV hesablanmalıdırmı?
ƏDV-siz hesablandığı halda isə VM-də verilmiş fiziki şəxs anlayışına və 150.1.7-ci maddənin müddəaları üçün fiziki şəxsə münasibətdə bu diskriminasiya deyildirmi?
Çox sağ olun.
Sorğunuzdan belə bir nəticəyə gəlmək olar ki, rezident müəssisəyə xidmət göstərən fiziki şəxs Vergi Məcəlləsinin 13.2.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qeyri-rezidenti hesab olunur.
Bununla əlaqədar bildiririk, Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur (Vergi Məcəlləsi, maddə 13.2.16.3.) və bu gəlir qeyri-rezident tərəfindən əldə olunduqda ümumi gəlirdən ödəmələri aparan rezident fiziki və ya hüquqi şəxs ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutmalıdır (Vergi Məcəlləsi, maddələr 125.1.5, 150.1.6).
Onu da qeyd edək ki, malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, həmin əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılır və müvafiq olaraq bu halda qeyri-rezidentə ödənilməli olan məbləğə vergi agenti 18 faiz dərəcə ilə ƏDV tətbiq edərək vergini hesablamalı və ödəməlidir (Vergi Məcəlləsi, maddə 169.1, 169.3).
Qeyd olunanlara əsasən, sorğunuzda sözügedən müəssisə qeyri-rezident şəxsə aparılan ödəmələrdən 120 manat məbləğində ödəmə mənbəyində vergini (1200 manat x 10%) və 216 manat məbləğində ƏDV-ni (1200 x 18%) mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada tutmalı və büdcəyə ödəməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti
Ramal, elshan77-77@mail.ru
Salam. Bu saytdakı sualların cavabları, vergi odəyicisinə vergilərin hesablanmasında, müxtəlif əməliyyatlarn aparılmasında əsas ola bilərmi? Yəni rəsmi əhəmiyyəti varmı? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasətin bariz nümunəsi kimi Vergilər Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» bölməsinin təşkil olunmasmı qeyd etmək olar. Bu sahədə görülən işlər nəticəsində vergi ödəyicilərinin geniş təbəqəsinin müasir texnologiyalar vasitəsi ilə qısa müddət ərzində mövcud qanunvericilik barədə məlumat əldə etməsi mümkün olmuşdur.
Vergi Məcəlləsinin 15-ci maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydası və şərtlərini tənzimləyən normativ-hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumatlar və vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq hüquqları vardır.
Forumda müzakirə et | Terminlər lüğəti
Elçin Qarabalov, elchin@legal.az, Bakı
Salam. İtaliya ilə Azərbaycan arasında ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişin qüvvədə olub-olmaması haqqinda məlumat verməyinizi xahiş edirəm.
Bildiririk ki, Azərbaycan Respyublikasının İtaliya Respublikası ilə ikiqat vergiqoymanın aradan qaldırılmasına dair Saziş hal-hazırda qüvvədə deyil.
İkiqat vergiqoymanın aradan qaldırılmasına dair bağladığı beynәlxalq sazişlәr barədə məlumatlar Vergilər Nazirliyinin rəsmi internet-səhifəsinin müvafiq bölməsində yerləşdirilmişdir.
Forumda müzakirə et | Terminlər lüğəti
Rəhimova Nailə, anqel86@mail.ru
Salam. Beynəlxalq mühasibat sistemi barədə hardan və necə məlumat əldə etmək olar və ya əgər beynəlxalq mühasibat sisteminə dair kurslar təşkil olunubsa necə yazılmaq olar? Təşəkkür edirəm.
Beynəlxalq mühasibat uçotunun aparılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən müvafiq məlumatların alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» rubrikasına müraciət edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti
Əvəz Rüstəmov, evez.rustemov@gmail.com, Bakı
Müvəqqəti qeydiyyatı olan Gürcüstan vətəndaşının Azərbaycanda işləməsi (özəl və dövlət müəssisəsində) üçün onun hansısa əlavə vergi verməsi tələb olunurmu? Əgər tələb olunursa, nə qədər?
Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
Vergi Məcəlləsinin 125.1.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında qeyri-rezidentə muzdlu işlə əlaqədar gəlir ödəyən rezident müəssisə və ya sahibkar ödənilən ümumi gəlirdən ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 101-ci maddəsində göstərilən dərəcələrlə vergini tutmağa borcludur.
Göründüyü kimi, digər dövlətin vətəndaşının Azərbaycan Respublikasında muzdlu işdən aldığı gəlirindən verginin tutulması zamanı fərqli dərəcələrin və ya əlavə vergilərin tətbiqi nəzərdə tutulmur.
Forumda müzakirə et | Terminlər lüğəti
Fərhad Mirzəyev, mirfarhad@mail.ru
Hörmətli Nazirlik! Minimum əmək haqqından vergi tutulmalıdırmı?
Fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda, minimum əmək haqqının 1 misli məbləğində olan gəlirləri gəlir vergisindən azaddır (Vergi Məcəlləsi, maddə 102.1.6). Göründüyü kimi, minimum əmək haqqından vergi tutulmur.
Forumda müzakirə et | Terminlər lüğəti
İrina Turabova, irina2101@mail.ru
Здравствуйте! Разъясните, пожалуйста, нам: наш торговый объект был оштрафован за не предоставление кассового чека покупателю в прошлом году в марте месяце. Скажите пожалуйста, как считается начисление штрафа 1 ,2 ,3 за год-за какой год- со дня первого штрафа или же отчетный год с 01.01 по 31.12. Заранее благодарю за ответ.
Как известно, за нарушение правил ведения наличных денежных расчетов, то есть ведение наличных расчетов с населением без применения контрольно-кассовых аппаратов, с использованием контрольно-кассовых аппаратов, не прошедших регистрацию в налоговых органах или не отвечающих техническим требованиям, без использования бланков строгой отчетности, установленных законодательством, или с использованием бланков строгой отчетности, не соответствующих форме, утвержденной в установленном порядке, невыдачу чеков или других бланков строгой отчетности, подлежащих выдаче покупателю, также после его обращения по этому поводу, или выдачу с указанием суммы ниже оплаченной, правил ведения регистрации наличных расчетов с населением при приостановлении использования контрольно-кассовых аппаратов, в отношении налогоплательщика применяется финансовая санкция:
-.в случае если такой случай произошел впервые за год — на сумму 400 манат;
- в случае если такой случай произошел во второй раз за год — на сумму 800 манат;
- в случае если за год такой случай происходит в третий и более раз — на сумму 1200 манат. (Налоговый Кодекс, статья 58.7).
Вместе с тем, течение любого срока, установленного настоящим Кодексом, начинается со дня, следующего за днем совершения юридического действия или фактического события, обуславливающего исчисление этого срока. (Налоговый Кодекс, статья 68.1).
Таким образом, под выражением «в течение года», упомянтуым в статье 58.7 Налогового Кодекса, понимается период времени, начинающийся с дня, следующего со дня применения санкиции в отношении налогоплательщика в первый раз.
Forumda müzakirə et | Terminlər lüğəti
Günter Wachsmut, Gunter_Wachsmut@mail.ru
Дорогое Министерство налогов!
Я хотел бы узнать, что собой представляет «налогооблагаемый оборот», упомянутый в статье 218.1 Налогового Кодекса? Налогооблагаемый оборот по статье 218.1 и сумма, который указывают в «Декларации упрощенной налога» - одно и тоже или нет?
Спасибо! С уважением, Гюнтер Вахсмут.
Hеобходимо подчеркнуть тот факт, что упрощённый налог по своей сути является налогом, если так можно выразиться, «льготным», т.е. направленным на стимулирование среднего и малого предпринимательства и потому предполагающим упрощённую форму расчётов с бюджетом, как-то выплату лишь одного упрощённого налога вместо налога на прибыль, налога на имущество и НДС (для юридических лиц), и подоходного налога и НДС (для физических лиц).
Соответственно, указанная форма налогообложения, будучи льготным и направленным на развитие малого и среднего бизнеса, предполагает, что определённые категории налогоплательщиков не вправе им пользоваться. И этому можно найти подтверждение в Налоговом Кодексе. Так, в статье 218.2 Налогового Кодекса нашли своё отражение ограничения применения упрощённой системы налогообложения для налогоплательщиков по определённым видам деятельности.
Наряду с этим, в самой статье 218.1 существует и ограничение по объёму деятельности остальных налогоплательщиков. Согласно её положениям, плательщиками упрощённого налога могут быть лица:
- незарегистрированные для целей НДС лица;
- лица, у которых объем налогооблагаемых операций в течение предшествующего трехмесячного периода равен или составляет менее 22 500 манат.
По сути своей, это 2 стороны одной и той же медали- налогоплательщиками упрощённого налога не могут быть налогоплательщики уже зарегистрированные в целях НДС, а также налогоплательщики, которые должны стать таковыми по результатам своей деятельности.
Подобное ограничение по объёму налогооблагаемых операций перекликается с положениями другой статьи Налогового Кодекса – статьи 155.1, регулирующей обязательства налогоплательщика по постановке на учёт в качестве налогоплательщика НДС.
Поэтому, понятие «налогооблагаемый оборот» в статье 218.1155.1 соответственно) Налогового Кодекса подразумевает совокупность налогооблагаемых с точки зрения НДС, т.е. фактически осуществлённых, вне зависимости от поступления наличия оплаты, операций (без учёта освобожденных от налогообложения операций), осуществленных налогоплательщиком упрощённого налога. А превышение совокупности таких операций установленного лимита в 22500 манат в течение 3 последовательных месяцев автомачески вызывает у плательщика упрощённого налога обязательство подать заявление об отказе от льготной системы налогообложения и переходе к традиционно-консервативной.
В «Декларации упрощённого налога» же, декларирующей налоговую обязанность налогоплательщика по данному виду налога, в соответствии со статьёй 219.1 Налогового Кодекса, указывается объем валовой выручки, полученной за товары (работы, услуги) и имущество, предоставленные налогоплательщиком, а также внереализационных доходов в течение отчетного периода.
Необходимо также учитывать тот факт, что понятие «3 последовательных месяца» далеко не всегда идентично понятию «отчётный период», т.е. понятию «квартал». Поэтому можно сделать вывод о том, что интересующие Вас результаты финансово-хозяйственной детяельности налогоплательщика могут не совпадать, что чаще всего и происходит на практике.
Forumda müzakirə et | Terminlər lüğəti
Aslan Tağıyev, mail@ru, Bakı
При заполнении приложения к “Декларации по упрощенному налогу по основным средствам” по строке 1.1 в графе "Списано" ("Silinib") следует указывать сумму начисленной амортизации или нет?
Действительно, сумма начисленной амортизации в упомянутом Вами Приложении к “Декларации по упрощенному налогу по основным средствам” отражается в графе "Списано" ("Silinib") по строке 1.1.
Forumda müzakirə et | Terminlər lüğəti
Cavid Sarıyev , cabo83@mail.ru, Bakı
Salam. Mən bakalavr təhsilə malikəm, lakin hərbi xidmət möhlət hüququm vardır (yəni dinc dövrdə yararlı, müharibə dövründə məhdud yararlı). İstərdim vergi sistemində işə qəbul olmaq üçün test imtahanlarda iştirak edim. Xatırladım ki, 2006-cı ildə vergi sistemində test imtahanında iştirak etdim, təəssüf ki, 67 bal toplayıb müsabiqəyə buraxılmamışam. Bilmək istərdim ki, yenidən test imtahanlarında işə qəbul olmaq üçün sənədlərimi TQDK-na təqdim edə bilərmmi?
Hal-hazırda bank sistemində çalışıram, 25 yaşım var. Xahiş edirəm mənim sualımı cavablandırasınız.
Bildiririk ki, Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il 211-IIIQD nömrəli Qanunun 4-cü hissəsinə əsasən «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 9-cu maddəsinə edilmiş əlavəyə əsasən qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Forumda müzakirə et | Terminlər lüğəti
Elnur Abbasov, elnurabbasov2007@rambler.ru
İnternet saytınızda göstərilmiş vakant yerlər üçün test imtahanı nə vaxt planlaşdırılır?
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədəlrin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilir.
Müsabiqə iki mərhələdən, yəni test imtahanlarından və bu imtahanları müvəffəqiyyətlə keçmiş vətəndaşlarla keçirilən müsahibədən ibarətdir. Test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.
Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinə tələb olunan sənədləri əlavə etməklə ərizə ilə müraciət edirlər.
Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinə işə qəbulla əlaqədar növbəti müsabiqənin yaxın zamanda keçirilməsi nəzərdə tutulmamışdır və bu barədə məlumatın alınması üçün kütləvi informasiya vasitələrini izləməyi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti
Şamil Nooyev, shamo888@mail.ru, Balakən
Vergilər Nazirliyinə və ya filiallarına qəbul imtahanları təxminən və vaxt keçiriləcək?
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədəlrin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilir.
Müsabiqə iki mərhələdən, yəni test imtahanlarından və bu imtahanları müvəffəqiyyətlə keçmiş vətəndaşlarla keçirilən müsahibədən ibarətdir. Test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.
Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinə tələb olunan sənədləri əlavə etməklə ərizə ilə müraciət edirlər.
Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinə işə qəbulla əlaqədar növbəti müsabiqənin yaxın zamanda keçirilməsi nəzərdə tutulmamışdır və bu barədə məlumatın alınması üçün kütləvi informasiya vasitələrini izləməyi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti
Elina Aşirova, sagittariusea@operamail.com
Vergilər Nazirliyi növbəti işə qəbul müsabiqəsini nə vaxt keçirəcəkdir?
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədəlrin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilir.
Müsabiqə iki mərhələdən, yəni test imtahanlarından və bu imtahanları müvəffəqiyyətlə keçmiş vətəndaşlarla keçirilən müsahibədən ibarətdir. Test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.
Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinə tələb olunan sənədləri əlavə etməklə ərizə ilə müraciət edirlər.
Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinə işə qəbulla əlaqədar növbəti müsabiqənin yaxın zamanda keçirilməsi nəzərdə tutulmamışdır və bu barədə məlumatın alınması üçün kütləvi informasiya vasitələrini izləməyi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti
Arzu, shahmat@rambler.ru
Salam. Saytın vergi növləri bölməsin nə zaman yeni Məcəlləyə uyğun olaraq təzələyəcəksiz?
Vergi növlərinə aid kiçik həcmli bukletlərin məzmunu üzrə işlər artıq tamamlanmaqdadır və müvafiq dizayner tərtibatı yerinə yetirildikdən sonra bukletlər saytda yerləşdiriləcəkdir.
Forumda müzakirə et | Terminlər lüğəti
Əsgər Cabbarov, malas_@box.az, asger_06@mail.ru, Şəki
1) Mənə 2008-ci ildə nə dəyisiklər olub onu deyərdiniz.
2) Sizdə xronometraj kecirilməsinə dair ərizə forması var? Əgər varsa sizdən xahis edirəm ərizəni mənə göndərin.
1) Sizi maraqlandıran əlavə və dəyişikliklərin elektron variantını Vergilər Nazirliyinin internet səhifəsinin «Qanunvericilik» bölməsindən əldə edə bilərsiniz.
2) Vergilər Nazirliyinin 10 aprel 2007-ci il tarixli 0717040100218400 nömrəli Əmri ilə təsdiq olunmuş «Xronometraj metodu ilə yeni müşahidə aparılması haqqında Ərizə» formasını Vergilər Nazirliyinin internet səhifəsinin «Qanunvericilik» bölməsinin “Vergilәr Nazirliyinin әmrlәri” hissəsindən əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti